sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Azərbaycan Kuboku: "Sabah" səfərdə "Neftçi"yə qalib gəlib
Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda "Sabah" səfərdə "Neftçi"ni məğlub edib.
"Sizinxeber.az"un məlumatına görə, "Neftçi Arena"da baş tutan matçda qonaqlar rəqibini 2:1 hesabı ilə üstələyiblər.
11-ci dəqiqədə Azər Salahlı topu öz qapısına göndərməklə "bayquşlar"ı hesabda irəli çıxarıb. 10 dəqiqə sonra Yuri Matias "status-kvo"nu bərpa etsə də, 52-ci dəqiqədə adını tabloya yazdıran Pavol Safranko yekun hesabı müəyyənləşdirib.
Günün ilk qarşılaşmasında "Araz-Naxçıvan" doğma meydanda "Qarabağ"a qalib gəlib - 1:0.
Qeyd edək ki, yarımfinal mərhələsinin cavab görüşləri aprelin 23-də keçiriləcək.
Oxşar xəbərlər
Azərbaycan Kuboku: "Araz-Naxçıvan" ilk oyunda "Qarabağ"a qalib gəlib
Azərbaycan Kuboku: "Sabah" - "Sumqayıt" oyununda hesab açılmayıb
"Qarabağ" Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda "Səbail"ə qalib gəlib
Azərbaycan Kuboku: "Neftçi" səfərdə "Sumqayıt"a qalib gəlib
Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













