“Araz-Naxçıvan” Azərbaycan Kubokunda yubiley qolunu vurub
sizinxeber.az xəbər saytı

“Araz-Naxçıvan” Azərbaycan Kubokunda yubiley qolunu vurub


“Araz-Naxçıvan” Azərbaycan Kubokunda 30-cu qolunu vurub.

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yubiley yarımfinal mərhələsinin “Qarabağ”la ilk oyununa (1:0) təsadüf edib.

Matçdakı yeganə qolun müəllifi olan Felipe Santos Naxçıvan təmsilçisinin 30-cu topuna imza atıb. Bu, klub tarixinin 19-cu kubok görüşünə təsadüf edib.

Braziliyalı forvard həm də “Araz-Naxçıvan”ın 10-cu ev qolunun müəllifi olub. Bu, komandanın öz meydanındakı 9-cu qarşılaşmada qeydə alınıb.

Qeyd edək ki, “Araz-Naxçıvan” Azərbaycan Kubokunda 2000/2001 mövsümündə debüt edib.

Oxşar xəbərlər

“Səbail” Azərbaycan Kubokunda 50-ci qolunu vurub
"Araz-Naxçıvan" Azərbaycan çempionatında yubiley oyununu keçirib
Naxçıvan klubu Azərbaycan çempionatlarında yubiley qələbəsini qazanıb
"Araz-Naxçıvan" Azərbaycan çempionatlarında 25-ci qələbəsini əldə edib
“Araz-Naxçıvan”ın kapitanı Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle