"Neftçi"nin baş məşqçisi: "Finala yüksələcəyimizlə bağlı inamımız davam edir"
sizinxeber.az xəbər saytı

"Neftçi"nin baş məşqçisi: "Finala yüksələcəyimizlə bağlı inamımız davam edir"


Finala yüksələcəyimizlə bağlı inamımız davam edir.

"Report" xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov "Sabah"a qarşı Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

O, məğlub olduqları oyunu şərh edib:

"Finala yüksələcəyimizlə bağlı inamımız davam edir. Azərbaycan Kubokunda oyunlar 120 dəqiqəyə qədər uzana bilir. Ona görə cütün taleyi növbəti matçda həll olunacaq. Cavab görüşündə qələbədən başqa yolumuz yoxdur. Futbolçulara inamımız davam edir. Lakin bəzi şeyləri dəyişməliyik. Bu gün birə-bir müzarizələrdə rəqibə uduzduq".

Qeyd edək ki, ölkə kubokunun yarımfinal mərhələsinin ilk matçında "Neftçi" doğma meydanda "Sabah"a məğlub olub - 1:2. Tərəflər arasında cavab görüşü aprelin 23-də reallaşacaq.

Oxşar xəbərlər

Azərbaycan Kuboku: "Sabah" səfərdə "Neftçi"yə qalib gəlib
Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək
Azərbaycan Kuboku: "Neftçi" - "Sabah" oyununun biletləri satışa çıxarılıb
Mahmud Qurbanov Azərbaycan Kubokunun yarımfinalında qarşılaşacaq komandaların şanslarını dəyərləndirib
"Neftçi"nin baş məşqçisi: "Futbolçulardan və onların göstərdikləri əzmkarlıqdan çox razı qaldım"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər