AAYDA-ya məxsus şirkət ləğv olundu » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
24 
iy
2026
13:47
ff aaaaaaa

AAYDA-ya məxsus şirkət ləğv olundu

24 iy, 2026
13:47
355

AAYDA-ya məxsus şirkət ləğv olundu

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus "Körpülərin İstismarı və Təmiri Müəssisəsi" MMC ləğv olunduğunu elan edib.

Sizinxeber.Az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzeti məlumat yayıb.

Bildirilib ki, kreditorlar iki ay ərzində tələblərini Xırdalan şəhəri, Abşeron rayonu, 31-ci̇ məhəllə, istehsalat bazası ünvanına bildirə bilərlər.

Qeyd edək ki, bir müddət əvvəl sözügedən MMC-nin direktoru Mərdan Heybətov vəzifəsindən azad edilib. Şirkətə rəhbərlik Nizami Məmmədova həvalə olunmuşdu.

Xatırladaq ki, "Körpülərin İstismarı və Təmiri Müəssisəsi" şirkəti 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 20 manatdır.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul