"Neftçi"nin baş məşqçisi: "Futbolçulardan və onların göstərdikləri əzmkarlıqdan çox razı qaldım"
Futbolçulardan və onların göstərdikləri əzmkarlıqdan çox razı qaldım.
"Sizinxeber.az" xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov "Difai"yə qarşı Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunundan sonra baş tutan mətbuat konfransında deyib.
Mütəxəssis böyükhesablı qələbəyə görə futbolçularına təşəkkür edib:
“Futbolçulara təşəkkür edirəm. Bu cür oyunlarda meydandakı nizam-intizam çox önəmlidir. Xüsusilə göstərilən əzmkarlıq sevindiricidir. Bu gün buna ehtiyacımız var. Rəqibin I Liqa komandası olmasına baxmayaraq, çox yaxşı oyun alındı. Adımızı təmsil edirik, bunu qoruyub saxlamalıyıq. Futbolçulardan və onların göstərdikləri əzmkarlıqdan çox razı qaldım. Belə də davam edəcəyik”.
Qeyd edək ki, "Difai"yə 6:0 hesabı ilə qalib gələn "Neftçi" Azərbaycan Kubokunda 1/4 finala yüksəlib.
Oxşar xəbərlər
Qurban Qurbanov: "Həm nəticədən, həm də oyundan razı qaldım"
Qurban Qurbanov: "Neftçi" ilə oyunda vacib qələbə qazandıq
Qurban Qurbanov: "Neftçi" ilə oyunda vacib qələbə qazandıq"
"Neftçi" Azərbaycan Kubokunda 1/4 finala yüksəlib
NTD klubunun baş məşqçisi: "Qalib gəlsəydik, hər şeydən razı qalardım"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













