"Bayer 04"ün futbolçusu bir neçə həftə oynaya bilməyəcək
Almaniyanın "Bayer 04" klubunun futbolçusu Florian Virts bir neçə həftə oynaya bilməyəcək.
"Sizinxeber.az" Leverkuzen təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, yarımmüdafiəçi Bundesliqanın digər təmsilçisi "Verder"lə şənbə günü keçirilən matçda (0:2) topuq nahiyəsindən zədələnib.
İkinci hissənin əvvəlində əvəzlənən futbolçu 59-cu dəqiqədə özünə qarşı kobudluqdan sonra meydanı erkən tərk etməli olub. Oyundan sonra aparılan MRT analizlərinin nəticəsinə əsasən, 21 yaşlı futbolçunun bir müddət yaşıl meydanlardan kənarda qalacağı müəyyənləşib.
Qeyd edək ki, F.Virts cari mövsümdə "Bayer 04"ün heyətində bütün turnirlərdə meydana çıxdığı 39 matçda 15 qola, 13 məhsuldar ötürməyə imza atıb. O, cari mövsüm Bundesliqda indiyə qədər keçirilən oyunlarda ən çox məhsuldar ötürmə (11) edən futbolçudur.
Oxşar xəbərlər
"Bayer 04" almaniyalı futbolçu ilə yeni müqavilə bağlayıb
Almaniya klubunun futbolçusu Çempionlar Liqasının tarixinə düşüb
"Bavariya"nın futbolçusu bir neçə həftə yaşıl meydanlardan uzaq qalacaq
Almaniya klubunun futbolçusu "Real"a transfer oluna bilər
"Barselona"nın futbolçusu noyabra qədər meydana çıxmayacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Vaşinqtonda İsrail-Livan birbaşa danışıqlarının növbəti raundu başlayıb
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
Azercell və "Samsung"dan yeni kampaniya!
-
Şəkidə "Səyyar Gənclər Xidməti" layihəsinin açılışı olub
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
