Premyer Liqa: "Şamaxı" "Sabah"ı, "Zirə" "Səbail"i qəbul edəcək
sizinxeber.az xəbər saytı

Premyer Liqa: "Şamaxı" "Sabah"ı, "Zirə" "Səbail"i qəbul edəcək


Bu gün Misli Premyer Liqasının XXVI turunda daha iki oyun keçiriləcək.

"Sizinxeber.az"un məlumatına görə, ilk olaraq "Şamaxı" "Sabah"ı qəbul edəcək.

Matç saat 15:00-da start götürəcək. Meydan sahibləri 24 xalla 7-ci, qonaqlar 34 xalla beşinci pillədə qərarlaşıb.

Günün ikinci görüşündə isə "Zirə" "Səbail"i sınağa çəkəcək. Qarşılaşma saat 17:30-da başlayacaq. "Qartallar" 48 xalla ikinci, "dənizçilər" 18 xalla sonuncu - 10-cu sıradadır.

Misli Premyer Liqası

III dövrə, XXVI tur

9 mart

15:00. “Şamaxı” – “Sabah”

Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov.

VAR: Rauf Allahverdiyev.

AVAR: Kamran Bayramov.

Hakim-inspektor: İmanxan Sultani.

Şamaxı şəhər stadionu

17:30. “Zirə” – “Səbail”

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Kamranbəy Rəhimov

VAR: Rəşad Əhmədov

AVAR: Pərvin Talıbov

Hakim-inspektor: Ceyhun Haşımov

Zirə İdman Kompleksinin stadionu.

Qeyd edək ki, tura martın 10-da yekun vurulacaq. Ötən gün "Qarabağ" "Araz-Naxçıvan"ı 3:1 hesabı ilə məğlub edib.

Oxşar xəbərlər

Premyer Liqa: “Araz-Naxçıvan” – “Qarabağ” oyununun təyinatları açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Neftçi" bu gün "Zirə" ilə üz-üzə gələcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Premyer Liqa: “Zirə” – “Neftçi” oyununun hakimləri açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Premyer Liqasında bu gün daha iki oyun keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
APL-də XXI tur: "Sabah" "Kəpəz"in, "Şamaxı" "Neftçi"nin qonağıdır [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle