Premyer Liqa:  “Turan Tovuz” səfərdə “Sabah”a məğlub olub
sizinxeber.az xəbər saytı

Premyer Liqa: “Turan Tovuz” səfərdə “Sabah”a məğlub olub


Misli Premyer Liqasının XXII turunda “Turan Tovuz” səfərdə “Sabah”a məğlub olub.

“Sizinxeber.az” xəbər verir ki, “Bank Respublika Arena”da keçirilən görüş Bakı klubunun 2:1 hesablı qələbəsi ilə bitib.

Meydan sahiblərindən Pavol Safranko (50-p.) və Cesse Sekidika (59) fərqlənib. “Turan Tovuz”un yeganə qolunu isə Aleks Souza (15) rəqib qapısından keçirib.

Hazırda turnir cədvəlində beşinci pillədə yer alan “Sabah” bu nəticədən sonra xallarının sayını 31-ə yüksəldib. 36 xala malik “Turan Tovuz” isə dördüncüdür.

Qeyd edək ki, XXII turun bu gün keçirilən “Şamaxı” - “Sumqayıt” matçında meydan sahibləri qələbə qazanıb - 1:0.

Oxşar xəbərlər

Premyer Liqanın XIX turunda "Kəpəz" "Turan Tovuz"u məğlub edib
Premyer Liqa: “Şamaxı” evdə “Sumqayıt”ı məğlub edib
Premyer Liqa: "Sumqayıt" doğma meydanda "Sabah"ı məğlub edib
Azərbaycan Premyer Liqası: "Turan Tovuz" doğma meydanda məğlub olub
Premyer Liqa: "Neftçi" "Turan Tovuz"la heç-heçə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər