"Sumqayıt"ın baş məşqçisi: "Qarşılaşmada 120 dəqiqə ərzində üstün tərəf biz idik"
sizinxeber.az xəbər saytı

"Sumqayıt"ın baş məşqçisi: "Qarşılaşmada 120 dəqiqə ərzində üstün tərəf biz idik"


Qarşılaşmada 120 dəqiqə ərzində üstün tərəf biz idik.

"Sizinxeber.az" xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Vaqif Cavadov MOİK-ə qarşı Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunundan sonra baş tutan mətbuat konfransında deyib.

Gənc mütəxəssis gərgin oyun izlədiklərini bildirib:

"Bir az gərgin oyun izlədik. Baxmayaraq ki, rəqibin bir-sıra baxımlı hücumları oldu. Qarşılaşmada 120 dəqiqə ərzində üstün tərəf biz idik. Komandam sonadək öz gücünü göstərdi. MOİK-ə də qarşıdakı oyunlarda uğurlar arzulayıram. Qəzənfər Abbasov gözəl komanda formalaşdırıb. Futbolçularımı təbrik edirəm. Yolumuza inamla davam edəcəyik".

Qeyd edək ki, "Sumqayıt" - MOİK görüşünün əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Əlavə vaxtda rəqib qapısına 2 dəfə yol tapan "gənclik şəhəri" təmsilçisi 3:1 hesablı qələbə sayəsində 1/4 finala yüksəlib.

Oxşar xəbərlər

Rəşad Sadıqov: İkinci yarıda meydanda üstün olan tərəf "Zirə" idi
Qurban Qurbanov: “Ludoqorets”lə oyun sanki triller idi
İsveçrə millisinin baş məşqçisi: Əldə etdiyimiz nəticənin dadını çıxarmağa çalışıram
Qurban Qurbanov: Bu, Azərbaycanın “Qarabağ”ı idi, mənim “Qarabağ”ım idi
Qurban Qurbanov: Bu, Azərbaycanın, mənim “Qarabağ”ım idi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle