Azərbaycan Premyer Liqasında XXXII tura start verilib  » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
27 
apr
2024
20:26

Azərbaycan Premyer Liqasında XXXII tura start verilib 

27 apr, 2024
20:26
1 329

Azərbaycan Premyer Liqasında XXXII tura start verilib 

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXII tur start götürüb.

"Report" xəbər verir ki, turnir cədvəlində qonşu olan komandalar - "Sabah" və "Səbail" kollektivlərinin duelində birincilər qələbə qazanıb - 2:0.

"Bank Respublika Arena"da keçirilən matçda hesabı 22-ci dəqiqədə Con İrasabal açıb. 39-cu dəqiqədə Cesse Sekidika fərqi iki topa çatdırmaqla yekun hesabı müəyyənləşdirib.

Bu nəticənin ardından Krunoslav Renduliçin komandası xal ehtiyatını 49-a çatdırıb. "Dənizçilər" isə 42 xalda qalıb.

Qeyd edək ki, turun digər görüşləri aprelin 28-i və 29-da baş tutacaq.

Bizimlə əlaqə saxlayın