"Neftçi"nin sabiq futbolçusu Soni Mustivar məşqçiliyə başlayıb.

Oxu.Az "Corse-Matin" nəşrinə istinadən xəbər verir ki, o, karyerasını Fransada davam etdirir.

36 yaşlı mütəxəssis yetirməsi olduğu "Bastiya"ya qayıdaraq klubun U-17 komandasında köməkçi məşqçisi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Soni Mustivar 2018-2020-ci illərdə "Neftçi"də çıxış edib. O, futbolçu karyerasını 2023-cü ildə bitirib.