İran və Oman Hörmüz boğazında gəmiçilik dəhlizinin yaradılması və gəmilərin hərəkətinin tənzimlənməsi sistemi ilə bağlı qarşılıqlı anlaşma əldə ediblər.

Oxu.Az xəbər verir ki, bu barədə İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Qətərin "Al Jazeera" telekanalına müsahibəsində bildirib.

Qalibaf vurğulayıb ki, Hörmüz boğazının statusu müharibədən əvvəlki vəziyyətinə qayıtmayacaq.

Onun sözlərinə görə, bu məsələ əldə olunan qarşılıqlı anlaşmanın tərkib hissəsidir və Tehranın münaqişənin həlli üçün irəli sürdüyü yeddi şərtdən biridir.