Sizinxeber.az xəbər verir ki, bunu maliyyə nazirinin müavini Himalay Məmişov Milli Məclisin bu gün keçirilən Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

“Növbəti il üçün dövlət və icmal büdcələrin hesablanmasında makroiqtisadi proqnoz göstəriciləri, o cümlədən xam neftin 1 barelinin orta illik ixrac qiyməti 65 ABŞ dolları, orta illik inflyasiya 5,3 faiz, manatın məzənnəsi 1,7 manat nəzərə alınıb, ümumi daxili məhsulun 2,7 faizlik, qeyri-neft ümumi daxili məhsulun isə 4,4 faizlik real artımı əsas kimi götürülüb”.