UEFA Avropa Liqası: "Qarabağ"ın qapıçısı qurtarış sayında ilk "5-lik"də qərarlaşıb
sizinxeber.az xəbər saytı

UEFA Avropa Liqası: "Qarabağ"ın qapıçısı qurtarış sayında ilk "5-lik"də qərarlaşıb


"Qarabağ"ın üzvü Mateuş Koxalski UEFA Avropa Liqasının Liqa mərhələsində ən çox qurtarış edən qapıçıların siyahısında qərarlaşıb.

"Sizinxeber.az"un məlumatına görə, bu barədə UEFA-nın rəsmi saytındakı statistik göstəricilərdə bildirilib.

24 yaşlı qolkiper 29 dəfə "seyv" ilə yadda qalıb. Polşalı bu göstəriciyə görə beşinci pillədə qərarlaşıb. Birinci sırada "Elfsborq"un (İsveç) "çərçivə qoruyucusu" Isak Pettersson yer alıb.

Qeyd edək ki, "Qarabağ" Liqa mərhələsini 3 xalla sonuncu - 36-cı pillədə başa vurub. "Köhlən atlar" 6 qol vurub, qapısında 20 top görüb. Mateuş Koxalski 8 matçın 6-da iştirak edib, digər 2 görüşdə isə Fabian Buntiç oynayıb.

Oxşar xəbərlər

UEFA Avropa Liqası: "Qarabağ" bu gün İsveç klubu ilə üz-üzə gələcək
Avropa Liqası: "Elfsborq" və "Qarabağ" komandalarının start heyətləri açıqlanıb
"Qarabağ"ın üzvü Polşada 2024-cü ilin ən yaxşı 9-cu qapıçısı hesab edilib
UEFA Avropa Liqası: "Qarabağ"ın ilk rəqibləri bəlli olub
UEFA Avropa Liqası: "Qarabağ"ın rəqibinin futbolçusu zədə səbəbindən mövsümü başa vurub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər