KİV: "Mançester Siti" misirli futbolçunu heyətinə qatıb
sizinxeber.az xəbər saytı

KİV: "Mançester Siti" misirli futbolçunu heyətinə qatıb


İngiltərənin "Mançester Siti" klubu Bundesliqada çıxış edən "Ayntraxt"ın hücumçusu Omar Marmuşu heyətinə qatıb.

"Report" xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edib.

Məlumata görə, artıq danışıqlar prossesi yekunlaşıb və "şəhərlilər" yaxın müddətdə misirli forvardın keçidini açıqlayacaq.

Bu transfer Mançester klubuna 75 milyon avroya başa gələcək. 25 yaşlı oyunçu isə ildə 16-17 milyon avro məvacib əldə edəcək.

Qeyd edək ki, O.Marmuş cari mövsüm "Ayntraxt"ın heyətində meydana çıxdığı 26 oyunda 20 qol vurub.

Oxşar xəbərlər

"Bavariya" misirli futbolçunu transfer etmək istəyir
"Mançester Siti" Özbəkistan millisinin futbolçusunu transfer etmək istəyir
"Mançester Siti" 18 yaşlı futbolçunun keçidi üçün klubu ilə anlaşıb
"Real" "Mançester Siti"nin futbolçusunu 200 milyon avroya ala bilər
"Mançester Siti"nin futbolçusu karyerasını İtaliyada davam etdirəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər