Azərbaycan Futzal Federasiyasının rəsmisi U-19 yığması ilə görüşüb
AFFA-nın Futbol akademiyasında Azərbaycan Futzal Federasiyasının vitse-prezidenti Elşən Abasov təlim-məşq toplanışında olan 19 yaşadək futzalçılardan ibarət Azərbaycan yığması ilə görüşüb.
"Sizinxeber.az"un məlumatına görə, vitse-prezident Avropa çempionatının ilkin seçmə mərhələsində mübarizə aparacaq yığmanın üzvlərinə hazırlıq prosesini yaxın izlədiyini, komandanın durumu ilə mütəmadi maraqlandığını bildirib, federasiya rəhbərliyi adından uğurlar arzulayıb.
Baş məşqçi İlqar Aslanov komandanın səfəröncəsi durumu barədə məlumat verib və təlim-məşq toplanışı zamanı yaradılan şəraitlə bağlı minnətdarlığını bildirib.
Qeyd edək ki, U-19 yanvarın 24-dən 27-dək San Marinoda təşkil olunacaq Avropa çempionatının ilkin seçmə mərhələsində iştirak edəcək. B qrupunda yer alan yığma yanvarın 25-də Kosovodan, ertəsi gün isə San Marinodan olan həmyaşıdları ilə qarşılaşacaq. Yekunda qrup qalibi olacaq komanda əsas mərhələyə vəsiqə qazanacaq.
Oxşar xəbərlər
Azərbaycan millisinin Avropa çempionatının ilkin mərhələsindəki rəqibləri müəyyənləşib
Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində İrlandiya ilə qarşılaşacaq
Azərbaycan yığmasının baş məşqçisi: Dünya çempionatının seçmə mərhələsində qrupdan çıxacağımızı düşünürəm
Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti matçını keçirib
Çimərlik futbolu üzrə Azarbaycan millisi Türkiyədə təlim-məşq toplanışında olacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian: "İran hökuməti xalqın səsini eşitməyə və islahatlar keçirməyə hazırdır"
-
Tramp Venesuela neftinin satışı gəlirlərini məhkəmə cəzalarından qorumaq üçün fərman imzalayıb
-
ABŞ Ordusunun Mərkəzi Komandanlığı Suriyada İŞİD-ə qarşı zərbələri təsdiqləyib
-
İngiltərə Kuboku: "Çelsi" növbəti mərhələdə
-
İran polisi Luristanda iğtişaşların 100-dən çox iştirakçısını saxlayıb
-
İranda 60 saatdan çoxdur ki, internet yoxdur












