Çimərlik futbolu üzrə Azarbaycan millisi Türkiyədə təlim-məşq toplanışında olacaq
sizinxeber.az xəbər saytı

Çimərlik futbolu üzrə Azarbaycan millisi Türkiyədə təlim-məşq toplanışında olacaq


Çimərlik futbolu üzrə Azərbaycan millisi sentyabrın 25-dən oktyabrın 3-dək Türkiyənin Alanya şəhərində təlim-məşq toplanışında olacaq.

"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığma hazırlıq prosesində yoldaşlıq oyunları da keçirəcək.

Toplanış oktyabrın 4-dən 15-dək İspaniyanın Kadis şəhərində təşkil olunacaq dünya çempionatının seçmə mərhələsinə hazırlıq xarakteri daşıyır.

Yığma Türkiyəyə bu heyətlə yollanacaq:

Qapıçılar: Elçin Qasımov, Vaqif Şirinbəyov.

Oyunçular: Amid Nəzərov, Comərd Baxşəliyev, Elşad Manafov, Orxan Məmmədov, İsa Zeynallı, Sabir Allahquliyev, Ramil Əliyev, Kamran Qürbətov, Rüfət Məmmədli, Bayram Bayramlı.

Qeyd edək ki, Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsinin A qrupunda İspaniya, İngiltərə və Gürcüstan yığmaları ilə mübarizə aparacaq.

Oxşar xəbərlər

Azərbaycanın çimərlik futbolu millisi Bakıda toplanış keçəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Çimərlik futbolu üzrə Azərbaycan millisi ikinci yoldaşlıq oyununda məğlub olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələsindəki rəqibləri müəyyənləşib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan cüdoçuları İspaniyada təlim-məşq toplanışında iştirak edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan millisi Gürcüstandakı təlim-məşq toplanışını başa vurub [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər