"Mançester Yunayted" Premyer Liqadan düşəcəyi təqdirdə sponsorluq müqaviləsini itirə bilər
sizinxeber.az xəbər saytı

"Mançester Yunayted" Premyer Liqadan düşəcəyi təqdirdə sponsorluq müqaviləsini itirə bilər


İngiltərənin "Mançester Yunayted" klubu Premyer Liqanı tərk edəcəyi təqdirdə idman geyimləri və ayaqqabı istehsalçısı "Adidas"la sponsorluq müqaviləsini itirə bilər.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb.

900 milyon funt-sterlinq (təqribən 1,088 milyard avro) olan müqaviləsinin şərtlərinə əsasən, Mançester təmsilçisi İngiltərə Premyer Liqasında yerini itirərsə, şirkət anlaşmanı ləğv etmək hüququna malikdir. "Qırmızı şeytanlar" Çempionşipə düşəcəyi təqdirdə şirkət digər variant kimi illik ödənişləri 450 milyon funt-sterlinqə qədər - iki dəfə azalda bilər.

Qeyd edək ki, "Mançester Yunayted" hazırda Premyer Liqanın turnir cədvəlində 19 turdan sonra 22 xalla 14-cü yerdədir.

Oxşar xəbərlər

"Mançester Yunayted" Premyer Liqa tarixinə düşüb
"Mançester Yunayted"in təlim-məşq mərkəzində 200 min funt-sterlinqlik divar tikilib
"Mançester Yunayted"in sabiq və hazırkı baş məşqçisinə görə ödədiyi təzminat məbləği açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər