Türkiyə klubunun loqosunu azarkeşlər seçəcək
sizinxeber.az xəbər saytı

Türkiyə klubunun loqosunu azarkeşlər seçəcək


Türkiyənin "Göztəpə" futbol klubunun loqosunu azarkeşlər seçəcək.

"Report" xəbər verir ki, bu barədə Superliqa təmsilçisinin rəsmi "X" hesabı məlumat yayıb.

İzmir komandası klubun 100 illik yubileyi münasibəti ilə loqosunu dəyişmək qərarına gəlib. Fanatlar müxtəlif şəxslər tərəfindən hazırlanmış altı emblem arasında seçim edəcəklər.

Səsvermə 48 saat davam edəcək. Qalibə 35000 TL (təxminən 1736 manat) mükafat da nəzərdə tutulub.

Qeyd edək ki, "Göztəpə" klubu 1925-ci il iyunun 14-də qurulub. Komanda hazırda Superliqada 28 xalla 4-cü pillədə qərarlaşıb.

Oxşar xəbərlər

"Ayaks" klubu loqosunu dəyişir
FIFA klublararası dünya çempionatının yeni loqosunu təqdim edib
Türkiyə klubunun yeni baş məşqçisi müəyyənləşib
Superliqa təmsilçisi 2 ay əvvəl müqavilə imzaladığı baş məşqçini istefaya göndərib
Bu gün Superliqada İstanbul derbisi keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər