İngiltərə Premyer Liqası: “Liverpul” “Mançester Siti” ilə xal fərqini daha da artırıb
Futbol üzrə İngiltərə Premyer Liqasının XI turunda “Liverpul” Birminhemin “Aston Villa” klubunu qəbul edib.
“Report” xəbər verir ki, baş hakim Devid Kutun idarə etdiyi matç “Enfild” stadionunda baş tutub.
Matçda hesab 20-ci dəqiqədə açılıb: “qırmızılar”ın müdafiəçisi Vircil van Deykin başlatdığı əks-hücumu misirli Məhəmməd Salah davam etdirərək topu Darvin Nunyesə ötürüb, o isə öz növbəsində qapıçı Emiliano Martineslə dueldən qalib ayrılıb. Oyunda ikinci və eyni zamanda son qol 84-cü dəqiqədə vurulub: Arne Slotun yetirmələrinin növbəti əks-hücumu Salahın dəqiq zərbəsi ilə yekunlaşıb – 2:0.
Beləliklə, 11 oyundan sonra “Liverpul” mümkün 33 xaldan 28-ni toplayaraq zirvədəki yerini bərkidib. Mersisayd təmsilçisinin ən yaxın təqibçisi “Mançester Siti”dir (23 xal). Eyni sayda oyun keçirmiş “aslanlar” isə 18 xalla 8-ci pillədə qərarlaşıblar.
Xatırladaq ki, daha əvvəl “şəhərlilər” “Brayton”a məğlub olmuşdular.
Oxşar xəbərlər
İngiltərə Premyer Liqası: “Liverpul” “Mançester Yunayted”i darmadağın edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İngiltərə Premyer Liqası: "Mançester Yunayted" "Liverpul"la heç-heçə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Mançester Siti” ardıcıl dördüncü dəfə məğlub olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
İngiltərə Premyer Liqası: “Mançester Siti” “Arsenal”la matçda son dəqiqədə məğlubiyyətdən xilas olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
İngiltərə Premyer Liqası: “Tottenhem” rəqibini darmadağın edib, MY və “Çelsi” sülhə razılaşıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













