Hakimləri təhqir edən futbolçu və məşqçilər cəzalanıb
AFFA İntizam Komitəsi müxtəlif liqalarda hakimləri təhqir edən futbolçu və məşqçilərin cəzalarını açıqlayıb.
"Report"un məlumatına görə, Əvəzedicilər Liqasında çıxış edən "Zirə-2"nin üzvü Ramin Abdullayev "Kəpəz-2" ilə matçda ədalət təmsilçilərini təhqir etdiyi üçün 4 oyunluq cəza alıb, Bakı klubu 300 manat cərimələnib.
U-14 Liqasında "Metak"ın baş məşqçisi Zahid Tayıbov "Caspian"la görüşdə eyni hərəkətə yol verdiyindən 5 matçlıq cəzalanıb.
U-13 Liqasında "Zaqatala"nın baş məşqçisi Nəsib Əliyev "Kürmük"lə qarşılaşmada referiləri təhqir edib. Ona 5 oyunluq cəza verilib.
Eyni çempionatda "Şirvanovka"nın baş məşqçisi Habil Nurəhmədov UGİM (Siyəzən) komandası ilə dueldə, AFFA U-10 Liqasında "Ahmedoğlu"nun məşqçisi Bəxtiyar Salmanov isə "Muğan"la görüşdə hakimləri təhqir edib. Onların hər ikisinə 5 oyunluq cəza verilib.
Oxşar xəbərlər
Azərbaycan çempionatında hakimləri təhqir edən futbolçular və baş məşqçi cəzalanıb
AFFA hakimləri təhqir edən məşqçiləri cəzalandırıb
AFFA hakimləri təhqir edən baş məşqçiləri 5 oyunluq cəzalandırıb
“Qarabağ”ın baş məşqçisi təhqir və təhdidə görə 5 oyunluq cəzalandırılıb
AFFA İntizam Komitəsi hakimləri təhdid edən məşqçiyə beş oyunluq cəza verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
