Messi və komanda yoldaşlarının Bakıda fanatlarla görüşü keçirilib - FOTO - YENİLƏNİB
ABŞ-nin "Inter Miami" futbol klubunun əfsanəvi oyunçusu Lionel Messi və komanda yoldaşları Luis Suarez, Serxio Buskets (Sergio Busquets) və Xordi Albanın (Jordi Alba) Bakı Kristal Zalında fanatları ilə görüşünə həsr olunan əyləncəli mərasimin açılışı olub.
APA xəbər verir ki, tədbirin aparıcısı Murad Dadaşovun dəvəti ilə əvvəlcə səhnədə "Natiq" ritm qrupu görünüb.
Onların çıxışından sonra müğənni Willy William tamaşaçıların qarşısına çıxıb.
Fanatlar həm onun ifalarını, həm də DJ-in performansını çoşğu ilə qarşılayıblar.
Bunun ardınca onun futbolçu karyerasına həsr olunan "Argentina futbolunun xilaskarı" sənədli filmi nümayiş etdirilib. Ekran işində Messinin karyerasında futbol əfsanəsi Dieqo Maradonanın rolundan və ona göstərdiyi dəstəkdən də bəhs olunur. Film yekunlaşdıqdan sonra Lionel Messi və onunla eyni komandada çıxış edən Xordi Alba, Serxio Busqests və Luis Suarez səhnəyə çıxıblar.
Aparıcı Murad Dadaşov 44 günlük Vətən müharibəsi zamanı qəhrəmanlıq dastanı yazan şəhidlərimizin övladlarını da səhnəyə dəvət edib. Onlarla əfsanəvi futbolçuların görüşündən sonra xatirə fotosu çəkdirilib.
Sonda tamaşaçılara tərəf əfsanəvi futbolçuların imzaları olan futbol topları atılıb.
***
14:45
Messi və komanda yoldaşlarının Bakıda fanatlarla görüşü keçirilir.
APA xəbər verir ki, ABŞ-nın "Inter Miami" futbol klubunun əfsanəvi oyunçusu Lionel Messi və komanda yoldaşları Luis Suarez, Serxio Buskets (Sergio Busquets) və Xordi Albanın (Jordi Alba) Bakı Kristal Zalında fanatlarla görüşünə həsr olunan əyləncəli mərasimin açılışı olub.
Tədbirin aparıcısı Murad Dadaşovun dəvəti ilə əvvəlcə səhnəyə "Natiq" ritm qrupu çıxıb. Daha sonra müğənni Willy Williams səhnədə görünüb.
Fanatlar onun ifalarını çoşğu ilə qarşılayıb.
Oxşar xəbərlər
Messi və komanda yoldaşlarının Bakıda fanatlarla görüşü keçirilir - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Messi: Azərbaycanın zəngin mədəniyyəti ilə tanış olmaq imkanı qazandım [xfgiven_updateblue][/xfgiven_updateblue]
Messi və komanda yoldaşları Heydər Əliyevin məzarını ziyarət edib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Messi və komanda yoldaşları Bakıya gəlir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Lionel Messi və komanda yoldaşları Bakıya gəlir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












