Avropa Liqası: Fransa klubunun Bakıdakı açıq məşqinin vaxtı bəlli olub
sizinxeber.az xəbər saytı

Avropa Liqası: Fransa klubunun Bakıdakı açıq məşqinin vaxtı bəlli olub


Fransa təmsilçisi "Lion"un Bakıda "Qarabağ"a qarşı keçirəcəyi UEFA Avropa Liqası matçından əvvəl mətbuat konfransının və açıq məşqinin vaxtı bəlli olub.

"Report" Azərbaycan çempionunun mətbuat xidmətinə istinadən xəbər verir ki, qonaq komandanın baş məşqçisi Pyer Saqenin mətbuat konfransı noyabrın 27-də, saat 17:45-də başlayacaq.

Liqa 1 klubunun açıq məşqi isə saat 18:30-da start götürəcək.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı saat 13:00-a təyin edilib. Bu tədbirlər Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək.

Saat 16:45-də "köhlən atlar"ın açıq məşqi “Azərsun Arena”da reallaşacaq.

Qeyd edək ki, Avropa Liqasının Liqa mərhələsinin V turunun noyabrın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil ediləcək matçı saat 21:45-də start götürəcək.

Oxşar xəbərlər

UEFA Avropa Liqası: "Qarabağ"ın açıq məşqi və mətbuat konfransının vaxtı müəyyənləşib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Çempionlar Liqası: "Qarabağ"ın açıq məşqinin və mətbuat konfransının vaxtı müəyyənləşib [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Qarabağ" - "Dinamo” matçından öncə təşkil ediləcək mətbuat konfranslarının vaxtı müəyyənləşib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Slovakiya və Azərbaycan millilərinin Bakıda mətbuat konfranslarının vaxtı bəlli olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
UEFA Avropa Liqası: "Qarabağ" İsveç təmsilçisi ilə qarşılaşacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər