aaaaaaaaaaaaaaaaKirmizi-Indirim-Firsati-Web-Site-Banner-Reklam-Bandi-1100-x-88-piksel_2.gif
İngiltərə Premyer Liqası: “Tottenhem” rəqibini darmadağın edib, MY və “Çelsi” sülhə razılaşıb
sizinxeber.az xəbər saytı

İngiltərə Premyer Liqası: “Tottenhem” rəqibini darmadağın edib, MY və “Çelsi” sülhə razılaşıb


İngiltərə Premyer Liqasının 10-cu turu çərçivəsində Londonun “Tottenhem” komandası Birminhemin “Aston Villa”sını, “Mançester Yunayted” isə paytaxtın “Çelsi”sini qəbul edib.

“Sizinxeber.az” xəbər verir ki, baş hakim Kreyq Pousonun idarə etdiyi “Tottenhem” – “Aston Villa” matçı “Tottenhem Hotspur Stedium”da, Robert Consunun nəzarət etdiyi “Mançester Yunayted” – “Çelsi” matçı isə “Old Trafford”da baş tutub.

Londonda baş tutmuş qarşılaşma ev sahiblərinin böyükhesablı qələbəsi ilə yadda qalıb. Hesabı 32-ci dəqiqədə “aslanlar” açıb: 22 yaşlı hücumçu Morqan Rocers italiyalı qapıçı Qulyelmo Vikarionu məyus edib. Birinci hissə qonaqların hesabdakı üstünlüyü ilə başa çatıb.

İkinci hissəyə isə “mahmızlar” fəal başlayıb: 49-cu dəqiqədə uelsli Brennan Conson kapitan Son Hın Minin ötürməsindən maksimum yararlanıb. 75-ci dəqiqədə Şimali London təmsilçisi lövhədəki rəqəmləri öz xeyrinə dəyişib: Dominik Solanke isveçli yarımmüdafiəçi Deyan Kulusevskinin dəqiq ötürməsindən sonra topu tora göndərib. Cəmi dörd dəqiqə sonra Solanke dubla imza ataraq fərqi artırıb. Oyunda son nöqtəni isə əlavə edilmiş altıncı dəqiqədə ingiltərəli Ceyms Medison cərimə zərbəsindən vurduğu baxımlı qolla qoyub – 4:1.

Mançesterdə keçirilmiş matç qarşılıqlı qollarla yadda qalıb. Birinci hissə qolsuz keçsə də, ikinci hissədə komandalar qapıya yol tapıblar. 70-ci dəqiqədə “qırmızı şeytanlar”ın yarımmüdafiəçisi Brunu Fernandeş penaltidən fərqlənib. Lakin Ruud van Nistelroyun yetirmələrinin sevinci dörd dəqiqə çəkib: Moyses Kaysedo status-kvonu bərpa edib. Növbəti dəqiqələrdə oyun qarşılıqlı hücumlarla davam etsə də, heç bir komanda hesabı dəyişməyə müvəffəq olmayıb – 1:1.

Qeyd edək ki, 10 oyundan sonra “Tottenhem” 16 xalla yeddinci pilləyə yüksəlib. Məğlub etdiyi rəqibi “Aston Villa” isə 18 xalla altıncı pillədə qalıb. “Old Trafford”dan bir xalla dönən “Çelsi” “Arsenal”ı geridə qoyaraq ilk dördlüyə daxil olub, “zadəganlar”ın 18 xalı var. 10 oyuna cəmi 12 xal qazanmış “Mançester Yunayted” isə “Vest Hem”i ötərək 13-cü pilləyə yüksəlməklə yetinib.

Turnir cədvəlinin vahid lideri Arne Slotun rəhbərlik etdiyi “Liverpul”dur (25 xal). Onun ən yaxın təqibçisi Pep Qvardiolanın “Mançester Siti”sidir (23 xal).

Çempionatın bombardiri isə 11 qolla Erlinq Holanndır.

Oxşar xəbərlər

İngiltərə Premyer Liqası tarixinin ən yaxşı müdafiəçisi müəyyənləşib
İngiltərə Premyer Liqasının ən yaxşı cinah oyunçusu müəyyənləşib
İngiltərə Liqa Kuboku: “Mançester Siti” “Tottenhem”ə məğlub olub
İngiltərə Premyer Liqası: “Çelsi” “Mançester Yunayted” üzərində əzmkar qələbə qazanıb
"Mançester Siti" Premyer Liqanın yeni mövsümünün ilk matçında "Çelsi"yə qalib gəlib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər