İngiltərə Premyer Liqası: “Liverpul” “Mançester Yunayted”i darmadağın edib
İngiltərə Premyer Liqasının 3-cü turu çərçivəsində “Mançester Yunayted” doğma meydanda “Liverpul”u qəbul edib.
“Report” xəbər verir ki, hakim Entoni Teylorun idarə etdiyi matç “Old Trafford”da baş tutub.
Qarşılıqlı hücumlar şəraitində başlanan matçda “qırmızılar”ın cinah müdafiəçisi Trent Aleksander-Arnold hesabı açsa da, ona ötürmə edən Məhəmməd Salahın ofsayd mövqeyində olması qolun ləğv olunmasına səbəb olub.
Bununla belə, 35-ci dəqiqədə “Liverpul”un hücumçusu Luis Dias qapıçı Onananı məyus edib. Cəmi yeddi dəqiqə sonra “qırmızılar” fərqi artırıb: kolumbiyalı Dias dubla imza atıb. 56-cı dəqiqədə isə misirli Məhəmməd Salah hesabı darmadağın həddinə çatdıraraq oyunda son nöqtəni qoyub – 0:3.
Oxşar xəbərlər
“Liverpul” yoldaşlıq görüşündə “Sevilya”ya 4 qol vurub
İngiltərə Premyer Liqasının ən yaxşı cinah oyunçusu müəyyənləşib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ilk hissə bitib - YENİLƏNİR-2
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
