Amsterdamda Tel-Əvivin “Makkabi” FK-nun azarkeşlərinə silsilə hücumlar olub
sizinxeber.az xəbər saytı

Amsterdamda Tel-Əvivin “Makkabi” FK-nun azarkeşlərinə silsilə hücumlar olub


Amsterdamda “Ayaks”la oyundan sonra Tel-Əvivin “Makkabi” futbol klubunun azarkeşlərinə silsilə hücumlar baş verib.

APA xəbər verir ki, sosial şəbəkələrdə, naməlum maskalı şəxslərin israillilərin qaldığı otellərə soxulmağa çalışdığı videolar, eləcə də döyülmə görüntüləri yayılıb.

Ynet portalının məlumatına görə, şəhərin bir neçə yerində toqquşmalar baş verib, xəsarət alanlar var.

Amsterdam meri İsrail tərəfinə əlavə polis qüvvələri cəlb edəcəyinə söz verib.

“The Times of Israel” baş nazir Benyamin Netanyahunun ofisinə istinadən anti-İsrail kütləsinin hücumundan sonra israilli azarkeşləri geri qaytarmaq üçün Amsterdama iki təyyarə göndəriləcəyini yazıb.

İsrailin BMT-dəki daimi nümayəndəsi isə Hollandiya hakimiyyətini qətiyyətli addımlar atmağa çağırıb.

Oxşar xəbərlər

Avropa Liqasında Liqa mərhələsinin I turunun oyunları keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: İsrail “Hizbullah” komandirini ələ keçirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yaşar Güler: İranla İsrail arasında baş verə biləcək açıq qarşıdurma bütün bölgə üçün böyük təhlükədir [xfgiven_updateblue][/xfgiven_updateblue]
UEFA Avropa Liqası: “Beşiktaş” səfərdə qələbə çalıb, “Fənərbaxça” “Mançester Yunayted”lə bərabərə qalıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Hizbullah" İsrailə 20-dən çox raket atıb, bir neçə binaya ziyan dəyib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər