Premyer Liqa: "Kəpəz" "Səbail" üzərində qələbə qazanıb
sizinxeber.az xəbər saytı

Premyer Liqa: "Kəpəz" "Səbail" üzərində qələbə qazanıb


Misli Premyer Liqasının XII turunda "Kəpəz" "Səbail" üzərində qələbə qazanıb.

"Report" xəbər verir ki, Tovuz şəhər stadionunda keçirilən qarşılaşma Gəncə klubunun 1:0 hesablı üstünlüyü ilə yekunlaşıb. Yeganə qolu 90+5-ci dəqiqədə Camal Cəfərov vurub.

Turun son qarşılaşması Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionda gerçəkləşəcək. "Sumqayıt" evdə "Sabah"la qarşılaşacaq. Rəvan Həmzəzadənin idarə edəcəyi görüşə saat 19:00-da start veriləcək.

Hazırda "Sabah" 17 xalla beşinci pillədə yer alıb. "Sumqayıt" isə 10 xalla 7-cidir.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Neftçi" evdə "Araz-Naxçıvan"a uduzub - 0:1. "Turan-Tovuz" - "Qarabağ" matçında qol vurulmayıb. "Zirə" isə səfərdə "Şamaxı"nı məğlub edib - 2:0.

Oxşar xəbərlər

Premyer Liqa: XII tura bu gün yekun vurulacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Premyer Liqası: "Şamaxı" Bakıda qələbə qazanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Premyer Liqasında VII, VIII və IX turun oyun cədvəlləri açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Premyer Liqa: "Zirə" səfərdə "Şamaxı" ilə üz-üzə gələcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Premyer Liqası: "Turan Tovuz" səfərdə "Sumqayıt"a qalib gəlib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər