"Qarabağ"ın səfər oyununa qonaq azarkeşlər üçün ayrılmış biletlər satışa çıxarılır
sizinxeber.az xəbər saytı

"Qarabağ"ın səfər oyununa qonaq azarkeşlər üçün ayrılmış biletlər satışa çıxarılır


"Qarabağ"ın Norveçdə "Budyo Qlimt"ə qarşı keçirəcəyi UEFA Avropa Liqası matçının qonaq azarkeşləri üçün biletlər bu gündən satışa çıxarılacaq.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Azərbaycan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Tərəfdarlar biletləri saat 14:00-dan etibarən iTicket.az saytında əldə edə biləcəklər.

Fanatlar əldə etdikləri vauçerləri oyun günü saat 14:00-dan 16:00-a kimi "Scandic Havet" (Address: Tollbugata 5, 8006 Bode, Norge) otelinin məlumat şöbəsinə yaxınlaşaraq biletə dəyişməlidirlər. Biletlərin qiyməti 55 manatdır.

Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunda, noyabrın 7-də təşkil olunacaq "Budyo Qlimt" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.

Oxşar xəbərlər

UEFA Avropa Liqası:  “Budyo Qlimt” – “Qarabağ” oyununun biletləri satışa çıxarılıb
UEFA Avropa Liqası: "Qarabağ" azarkeşləri üçün səfər matçının biletlərinin qiyməti açıqlanıb
UEFA Avropa Liqası: "Qarabağ" - "Malmö" matçının biletləri bu gün satışa çıxacaq
UEFA Avropa Liqası: "Qarabağ" - "Ayaks" matçının biletləri bu gün satışa çıxarılacaq
Avropa Liqası: "Qarabağ"ın ilk ev oyununda qonaq azarkeşlər üçün biletlərin qiyməti bəlli olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər