"Zaqatala" klubu ilə bağlı layihənin təqdimat tədbiri baş tutub
Futbolun İnkişaf Fondunun (FİF) təşkilatçılığı ilə Zaqatala PFK - “Biznes klub” layihəsinin təqdimat tədbiri baş tutub.
FİF-dən "Sizinxeber.az"a verilən məlumata görə, tədbirdə “Zaqatala” klubunun rəhbərliyi, bölgə nümayəndələri, fərdi sahibkarlar, özəl sektorun nümayəndələri ilə yanaşı, FİF-in Himayəçilər Şurasının üzvləri Fəxrəddin Manafov və Şaiq Qəribzadə iştirak ediblər.
Mərasimi giriş sözü ilə I Liqa təmsilçisinin İdarə Heyətinin üzvü Musa Qurbanov açdıqdan sonra fondun icraçı direktoru Tural Piriyev FİF-in fəaliyyəti, “Zaqatala“ klubu və “Biznes klub” layihəsi barədə ətraflı məlumat verib.
Daha sonra “Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyev sponsor qismində təcrübəsini bölüşüb, həmçinin kluba dəstəyin bölgə üçün sosial-iqtisadi əhəmiyyətindən və futbol tərəfdaşlığının biznesə faydalarından danışıb.
Tədbirdə qonaq qismində iştirak edən, Zaqatala futbolunun yetirməsi, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov region futbolunun, xüsusilə uşaq futbolunun inkişafı üçün bölgə klubuna dəstəyin vacibliyini vurğulayıb. Həmçinin o, “Biznes klub” layihəsinə qoşularaq “Zaqatala”ya daim dəstək göstərəcəyini bildirib və kluba dəstək üçün FİF-in əməkdaşlarına təşəkkürünü bildirib.
Müzakirə formatında davam edən tədbirdə iştirakçılar klubun inkişafı, maliyyə dayanıqlığının təmin olunması ilə bağlı fikir mübadiləsi aparıblar. Sonda “Zaqatala”nın prezidenti Şaban Şirdanov tədbir iştirakçılarına dəstək olduqlarına və klubun inkişafında iştiraklarına görə təşəkkürünü bildirib.
“Biznes klub” layihəsinin iştirakçılarının sayı və maliyyə hesabatı ictimaiyyətə açıqlanacaq.
Qeyd edək ki, ilk olaraq Zaqatalada başladılan “Biznes klub” layihəsi digər regionlarda da tətbiq olunacaq.


alt="ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır" />
alt="Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu" />
alt="Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib" />
alt="Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb" />
alt="Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?">
alt="“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır">
alt=""YouTube"da 1 milyon izlənmə 5 500 dollar qazandırır - YouTuber açıqladı">
alt="“Wi-Fi 8” prototipi rekord məlumatötürmə sürəti nümayiş etdirib">
width="290" alt="Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?" />
width="290" alt="Elit məktəb, girişdə silah sərbəstdir" />
width="290" alt="QANLA YAZILAN GECƏ" />
width="290" alt="Rafael Ağayev qala-qala, tədbirə bloqeri dəvət etdilər" />
width="290" alt="Sözüm var: Mədəniyyət Nazirliyinə" />
width="290" alt="Gediş haqqı – zəhmətkeşin cibindən çıxan son qəpik" />
width="290" alt="Cabir İmanovun əziz xatirəsinə…" />
width="290" alt="Nilay və Ali Baş Komandan" />
width="290" alt="Dolmuş avtobusa 1 AZN?" />
width="290" alt=""ChatGPT", yoxsa həkimlər? - Həyatınızı kimə etibar edirsiniz?" />