Azərbaycan millisinin oyununa təyinat alan referi daha əvvəl "Neftçi"nin matçını idarə edib - ARAŞDIRMA
UEFA Millətlər Liqasının IV turunda keçiriləcək Azərbaycan - Slovakiya matçını idarə edəcək norveçli Roxit Saqqi daha əvvəl də təmsilçimizin matçına təyinat alıb.
"Report"un məlumatına görə, 32 yaşlı ədalət təmsilçisi "Neftçi"nin Konfrans Liqasındakı qarşılaşmasında iş başında olub.
FIFA referisi 2022/2023 mövsümündə "ağ-qaralar"ın Avstriyada "Rapid" (Vyana) klubuna əlavə vaxtda 0:2 hesabı ilə uduzduğu III təsnifat mərhələsinin cavab oyununu idarə edib. Bakıda rəqibini 2:1 hesabı ilə üstələyən "Neftçi" bu görüşdən sonra avrokubokla vidalaşıb.
Qeyd edək ki, oktyabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq Azərbaycan - Slovakiya görüşü saat 20:00-da start götürəcək.
Oxşar xəbərlər
UEFA Millətlər Liqası: Azərbaycan - Slovakiya matçına norveçli hakimlər təyinat alıblar
"Tottenhem" - "Qarabağ" matçının hakimi daha əvvəl iki dəfə Azərbaycan klublarının oyununu idarə edib - ARAŞDIRMA
UEFA Millətlər Liqası: Azərbaycan-Slovakiya matçının hakimləri açıqlanıb
"Qarabağ"ın oyununa təyinat alan hakim Ağdam klubunun matçında zədələnib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
Süni intellekt yaxın aylarda istənilən müdafiəni sındıra biləcək
