sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Azərbaycan Premyer Liqası: "Səbail" "Şamaxı"nı məğlub edib
Azərbaycan Premyer Liqasında "Səbail" "Şamaxı"nı məğlub edib.
"Report"un məlumatına görə, IX turun növbəti oyununda paytaxt təmsilçisi 2:0 hesablı qələbəyə sevinib.
Qarşılaşmada ilk qolu 27-ci dəqiqədə Qorka Laruçça rəqib qapsından keçirib. 68-ci dəqiqədə isə Madi Queta yekun hesabı müəyyənləşdirib.
Bu qələbə sayəsində xallarının sayını 7-yə çatdıran "Səbail" turnir cədvəlində 7-ci pilləyə yüksəlib. "Şamaxı" isə 12 xalla 6-cı sırada qərarlaşıb.
Günün ikinci matçında “Sabah” “Araz-Naxçıvan”la üz-üzə gələcək.
Qeyd edək ki, turun açılış matçında "Kəpəz" "Neftçi"ni 4:3 hesabı ilə məğlub edib.
Oxşar xəbərlər
Premyer Liqa: "Qarabağ" "Sabah"ı məğlub edib
Premyer Liqa: "Şamaxı" - "Turan Tovuz" oyununda qalib müəyyənləşməyib
Azərbaycan Premyer Liqası: I turun son matçında "Zirə" qələbə qazanıb
Azərbaycan Premyer Liqası: "Şamaxı" Bakıda qələbə qazanıb
Azərbaycan Premyer Liqası: "Səbail" - "Neftçi" matçında qalib müəyyənləşməyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













