"Kəpəz"in baş məşqçisi: "Mənə elə gəlir ki, futbolçuları inandıra bilmişik"
Mənə elə gəlir ki, futbolçuları inandıra bilmişik.
"Sizinxeber.az" xəbər verir ki, bunu "Kəpəz"in baş məşqçisi Azər Bağırov "Nefrçi"yə qarşı Azərbaycan Premyer Liqasının IX turunun oyunundan sonra baş tutan mətbuat konfransında deyib.
O, qələbə qazandıqları üçün sevincli olduğunu bildirib: "İlk növbədə şəhidlərimizi anmaq istəyirəm. Bildiyiniz kimi, bu gün Vətən müharibəsində Gəncəyə atılan ilk raket zərbələrindən 4 il keçir. Biz dünən bazada bu hadisələrlə bağlı futbolçulara video izlətdik. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərə isə cansağlığı versin. Oyuna gəlincə, qələbə qazandığımız üçün sevincliyik.
Qələbənin "Neftçi" üzərində olmasını xüsusilə vurğulamaq istərdim. Bilirdik ki, doğru yoldayıq. Atdığımız addımlar yaxşı nəyəsə gətirib çıxaracaq. İstədiyimizi həm birinci hissədə, həm də ikinci hissədə etdik. Fasilədən sonra daha sığortalı oynamağa çalışdıq. Qol epizodlarımız oldu. Futbolda bəzən olur ki, ələ düşən bütün fürsətlərdən yararlana bilirsən. İnanmaq lazımdır, hər şey inamdan asılıdır. Mənə elə gəlir ki, uşaqları inandıra bilmişik".
Qeyd edək ki, ölkə çempionatının IX turunda "Kəpəz" evdə "Neftçi"yə 4:3 hesabı ilə qalib gəlib.
Oxşar xəbərlər
"Kəpəz"in baş məşqçisi: Mənə elə gəlir ki, futbolçuları inandıra bilmişik [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azər Bağırov: Gələcək oyunlarda istədiyimiz "Kəpəz"i görəcəyik [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qurban Qurbanov: "Neftçi" ilə matçda vacib qələbə əldə etdik [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Kəpəz"in baş məşqçisi: "Adil Şükürovla mənim futbol düşüncələrim fərqlidir" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şahin Diniyev: "Turan Tovuz" nəticəyə oynamağı bacaran komandadır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












