"Malmö"nün futbolçusu: "Qarabağ"a uduzmaq barədə düşünmürük"
sizinxeber.az xəbər saytı

"Malmö"nün futbolçusu: "Qarabağ"a uduzmaq barədə düşünmürük"


"Qarabağ"a uduzmaq barədə düşünmürük.

"Sizinxeber.az" xəbər verir ki, bunu İsveçin "Malmö" klubunun futbolçusu Yens Striqer "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunun oyunundan öncə baş tutan mətbuat konfransında deyib.

Müdafiəçi "Qarabağ"a qalib gəlmək istədiklərini bildirib:

"Uzun yoldan gəlmişik. Sabahkı oyunun çətin olacağını bilirik. Amma uduzmaq barədə düşünmürük. Rəqibimizi məğlub etməyə çalışacağıq. "Qarabağ"la bağlı məlumatlar əldə etmişik. Rəqibin gücünə də bələdik. Lakin məğlub olmaq istəmirik".

Qeyd edək ki, “Qarabağ” – “Malmö” görüşü oktyabrın 3-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Oxşar xəbərlər

"Malmö"nün baş məşqçisi: "Sabah Avropa Liqasındakı ən güclü klublardan biri ilə qarşılaşacağıq" [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Qarabağ"ın baş məşqçisi: "UEFA Avropa Liqasının yeni formatına tam öyrəşə bilməmişik" [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Qarabağ"ın braziliyalı müdafiəçisi 3 oyunda meydana çıxa bilməyəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Qarabağ"ın hücumçusu: "Bütün azarkeşlərimiz, Azərbaycan xalqı bizdən qələbə gözləyir" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qurban Qurbanov: "Özünə məxsus oyun tərzi olan komandaya qarşı mübarizə aparacağıq" [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər