Azərbaycan millisinin sabiq müdafiəçisi: “Qarabağ”ın sabah "Malmö"yə qalib gələcəyini düşünürəm"
“Qarabağ”ın sabah "Malmö"yə qalib gələcəyini düşünürəm.
Bunu “Sizinxeber.az”a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Ruslan Əmircanov UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunda baş tutacaq “Qarabağ” - “Malmö” (İsveç) matçında şansları dəyərləndirərkən deyib.
Keçmiş müdafiəçi “Qarabağ”ın qələbəsinə inandığını bildirib:
“Ümumilikdə İsveç və Azərbaycan klubları bir neçə dəfə oynayıblar. Bu matçların böyük əksəriyyətində qələbə qazanmışıq. “Qarabağ”ın sabah "Malmö"yə qalib gələcəyini düşünürəm. Düzdür, rəqib də zəif deyil. Bu mərhələyə qədər gəlib çıxıbsa, deməli, səviyyəli rəqibdir. Sadəcə, “Qarabağ” bizə o qədər sevinc yaşadıb ki, populyar olmayan komandalarla qarşılaşanda istər-istəməz içimizdə qələbə qazanacağını düşünürük”.
Hazırda “Araz-Naxçıvan”ın U-19 komandasında baş məşqçi kimi fəaliyyət göstərən R.Əmircanov “Qarabağ”ın Liqa mərhələsinin ilk turunda “Tottenhem”ə uduzduğu matça da toxunub:
“İlk oyunda “Tottenhem”ə məğlub olmalarına baxmayaraq, “Qarabağ” rəqibindən qorxmadı. Göstərdilər ki, bu komandaya qarşı da futbol oynamaq olar. “Tottenhem”lə görüşə 90 dəqiqə baxanlar da təsdiq edə bilər ki, “Qarabağ” özünü yaxşı tərəfdən göstərdi. Həqiqətən komandaya alqış düşür. Sadəcə, səviyyə fərqi sözünü dedi. Avropa klublarının Azərbaycan təmsilçilərindən fərqi odur ki, əllərinə bir şans düşsə belə, ondan istifadə edirlər. “Tottenhem”ə məğlubiyyətdən sonra “Qarabağ” Azərbaycan çempionatında əsas rəqiblərindən olan “Sabah”a qalib gəldi. Bu da o anlama gəlir ki, artıq toparlanıblar. Əhval-ruhiyyə yüksək səviyyədədir. Üstəlik, “Malmö” ilə evdə oynayacaqlar. Fanat ordusu da hər zamankı kimi dəstəyini əsirgəməyəcək”.
Qeyd edək ki, “Qarabağ” – “Malmö” görüşü oktyabrın 3-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
Oxşar xəbərlər
"Qarabağ" - "Malmö" matçına 18000 bilet satılıb
UEFA Avropa Liqası: "Qarabağ"ın rəqibinin futbolçusu zədə səbəbindən mövsümü başa vurub
"Qarabağ"ın UEFA Avropa Liqasındakı rəqibi ölkə çempionatında heç-heçə edib
UEFA Avropa Liqası: Liqa mərhələsinin I turunda daha 8 oyun keçirilib
UEFA Avropa Liqası: "Qarabağ" - "Malmö" matçının biletləri bu gün satışa çıxacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Buzlaqlar uğrunda Qrenlandiya savaşı: ABŞ əvvəllər də iki dəfə adanı pulla almaq istəyib
-
Tramp Venesuela neftinin satışı gəlirlərini məhkəmə cəzalarından qorumaq üçün fərman imzalayıb
-
ABŞ Ordusunun Mərkəzi Komandanlığı Suriyada İŞİD-ə qarşı zərbələri təsdiqləyib
-
İngiltərə Kuboku: "Çelsi" növbəti mərhələdə












