Estoniya yığmasının Azərbaycana qarşı keçirəcəyi oyun üçün heyəti açıqlanıb
Estoniya yığmasının UEFA Millətlər Liqasının qrup mərhələsində Azərbaycan və İsveçə qarşı keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.
“Report” AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, baş məşqçi Yurgen Henn C Liqasının I qrupunda oktyabrın 11-də Azərbaycan, 14-də isə İsveç millisinə qarşı Tallində baş tutacaq qarşılaşmalara 26 futbolçu dəvət edib.
Qapıçılar: Karl Yakob Heyn (“Valyadolid”, İspaniya), Matvey İqonen (“Botev”, Bolqarıstan), Karl Andre Vallner (“Levadiya”);
Müdafiəçilər: Karol Mets (“Sankt Pauli", Almaniya), Artur Pikk (“Odra”, Polşa), Yonas Tamm (“Botev”, Bolqarıstan), Marten Kuusk (“Katovitse”, Polşa), Maksim Paskotsi (“Qrasshopper”, İsveçrə), Mixail Lilander (“Payde”), Rasmus Peetson, Mixael Şenninq-Larsen (hər ikisi “Levadiya”);
Yarımmüdafiəçilər: Mattias Kayt (“Rapid”, Rumıniya), Martin Miller (“Bohemians, İrlandiya), Vlasi Sinyavski (“Slovatsko”, Çexiya), Markus Poom (“Şemrok Rovers”, İrlandiya), Mixkel Aynsalu, Yoan Yakovlev (hər ikisi “Levadiya”), Rokko Robert Şeyn (“Dordrext”, Niderland), Martin Vetkal (“Brommapoykarna”, İsveç), Kevor Palumets (HJK, Finlandiya), Patrik Kristal (“Payde”);
Hücumçular: Sergey Zenyov (“Flora”), Henri Anyer (“Li Man”, Honkonq), Erik Sorqa (“Ho Çi Min Siti”, Vyetnam), Aleks Mattias Tamm (“Nımme Kalyu”), Robi Saarma (“Payde”).
Qeyd edək ki, Estoniya - Azərbaycan qarşılaşması oktyabrın 11-də, Bakı vaxtı ilə saat 20:00-da “Lilleküla” stadionunda keçiriləcək.
Oxşar xəbərlər
İsveç millisinin Azərbaycan yığması ilə oyun üçün heyəti açıqlanıb
Millətlər Liqası: I turun nəticələri
Çexiya yığmasının Azərbaycan millisi ilə oyunlar üçün heyəti bəlli olub
Millətlər Liqası: Azərbaycan millisinin heyəti bəlli olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Günəşdə güclü partlayış oldu
