PFL rəsmisi: Bu mövsüm Azərbaycan Kuboku daha gərgin keçəcək
Düşünürük ki, bu mövsüm Azərbaycan Kuboku daha gərgin keçəcək.
Bunu "Sizinxeber.az"a açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidmətinin rəhbəri Sənan Abdullayev Azərbaycan Kubokunda 2024/2025 mövsümü ilə bağlı danışarkən deyib.
PFL rəsmisi bütün liqaların yarışda tam təmsil edilməsinin onlar üçün sevindirici hal olduğunu bildirib:
"34 komandanın iştirakı ilə püşk atılacaq. Məkan da ötənilkindən fərqlənəcək. Bu dəfə tədbir daha geniş məkanda - “Alov Qüllələri” kompleksinin “Fairmont” hotelinin “Nizami Gəncəvi” zalında keçiriləcək. Digər bir fərq tədbirin “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanmasıdır. Bu barədə artıq razılıq əldə olunub. Bu isə püşkatma mərasiminin ilk dəqiqələrdən daha geniş auditoriyaya çatdırılması ilə nəticələnəcək. Düşünürük ki, bu mövsüm Azərbaycan Kuboku daha gərgin keçəcək. Buna səbəb I Liqanın, eləcə də II Liqanın bəzi komandalarının daha optimal heyət yığmasıdır".
S.Abdullayev kubokda sürpriz nəticələrin qeydə alınacağını istisna etməyib:
"Bəzi I Liqa komandalarının bir çox Premyer Liqa klublarına qalib gəlməsi istisna deyil. II Liqada isə eyni yolla I Liqa təmsilçilərini sıradan çıxaracaq potensialda komandalar var. Bir sözlə, gözəl qarşılaşmalara ümidlərimiz böyükdür".
Qeyd edək ki, Azərbaycan Kubokunda 2024/2025 mövsümünün püşkü sentyabrın 30-da atılacaq. Tədbir saat 15:00-da start götürəcək.
Oxşar xəbərlər
Azərbaycan Kubokunun 2024/2025 mövsümünün püşkatma mərasimi keçiriləcək
Azərbaycan Kuboku: Bu gün daha iki oyun keçiriləcək
Prezident kuboku: Azərbaycan taekvondoçuları daha 1 medal qazanıb
Azərbaycan Kuboku: 1/4 finalın bütün cütləri müəyyənləşib
Voleybol üzrə "Muxtariyyət kuboku" uğrunda birincilik keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”
-
Bu ölkənin viza qiyməti artdı












