"Qarabağ"ın rəqibinin zədəli futbolçularının son durumu müəyyənləşib
sizinxeber.az xəbər saytı

"Qarabağ"ın rəqibinin zədəli futbolçularının son durumu müəyyənləşib


"Qarabağ"ın UEFA Avropa Liqasındakı rəqiblərindən olan "Malmö"da zədəli futbolçuların durumu müəyyənləşib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə İsveç təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Yarımmüdafiəçilərdən Sead Hakşabanoviç fizioterapevtlə birlikdə məşqlərini davam etdirir. Stefano Vekkya isə hələlik yüklənmə və bərpa mərhələsindədir.

Müdafiəçilər Niklas Moysander ilə Anton Tinnerholmun bərpa prosesi davam edir.

Qeyd edək ki, "Qarabağ" "Malmö" ilə oktyabrın 3-də, saat 20:45-də Bakıda qarşılaşacaq. "Malmö" sentyabrın 22-də İsveç çempionatında "Hakken"i qəbul edəcək.

Oxşar xəbərlər

"Qarabağ"ın UEFA Avropa Liqasındakı rəqibi ölkə çempionatında heç-heçə edib
"Qarabağ"ın rəqibləri İsveç çempionatında növbəti oyunlarını keçiriblər
UEFA "Qarabağ"ın rəqibini cərimələyib
"Qarabağ"ın Avropa Liqasındakı rəqibi futbolçusu ilə müqavilə müddətini artırıb
"Qarabağ"ın Avropa Liqasındakı rəqibi "İnter"dən ayrılan futbolçunu transfer edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər