Çempionlar Liqası: Azərbaycanın minifutbol komandaları növbəti matçlarını keçirəcəklər
sizinxeber.az xəbər saytı

Çempionlar Liqası: Azərbaycanın minifutbol komandaları növbəti matçlarını keçirəcəklər


Azərbaycanı minifutbol üzrə Çempionlar Liqasında təmsil edən “AzNur” və “Birbaşa Bakı” komandaları Polşanın paytaxtı Varşavada keçirilən Çempionlar Liqasında bu gün növbəti matçlarını keçirəcəklər.

“Report” xəbər verir ki, Rəcəb Fərəczadənin baş məşqçisi olduğu “AzNur” “Qalport” (İsveç) və "Andezit" (Ukrayna) komandaları ilə qarşılaşacaq.

Bu oyunlar müvafiq olaraq saat 12:00-da və 19:00-da başlayacaq.

Azərbaycanın digər təmsilçisi “Birbaşa Bakı” isə “Livorno” (İtaliya) və "BKMK Brno" (Çexiya) klubları ilə münasibətləri aydınlaşdıracaq. Bu görüşlər müvafiq olaraq saat 14:00-da və 21:00-da start götürəcək.

Qeyd edək ki, “AzNur” ilk görüşdə Fransanın "Les Piopio" komandasına 2:1 hesabı ilə qalib gəlib. “Birbaşa Bakı” isə İspaniyanın "Malaqa" kollektivi ilə heç-heçə edib - 2:2.

Oxşar xəbərlər

Azərbaycanın minifutbol komandalarının Çempionlar Liqasındakı rəqibləri bəlli olub
Azərbaycanın minifutbol komandaları Çempionlar Liqasında mübarizəyə başlayır
Azərbaycanın daha bir minifutbol komandası Çempionlar Liqasında mübarizəyə başlayıb
Çempionlar Liqası: Azərbaycan komandası Fransa təmsilçisinə qalib gəlib
Azərbaycanın minifutbol komandalarının Çempionlar Liqasındakı rəqibləri bəlli olacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər