İqor Ponomaryov: Fernandu Santuşun millini hansı üslubda oynadacağını demək çətindir
sizinxeber.az xəbər saytı

İqor Ponomaryov: Fernandu Santuşun millini hansı üslubda oynadacağını demək çətindir


Fernandu Santuşun milli komandanı hansı üslubda oynadacağını demək çətindir.

Bunu “Sizinxeber.az”a açıqlamasında Azərbaycan millisinin sabiq baş məşqçisi İqor Ponomaryov yığmamızın Millətlər Liqasında bu gün İsveçlə keçirəcəyi matç barədə danışarkən deyib.

64 yaşlı mütəxəssis İsveçin fərqli üslubda oynadığını söyləyib:

“Şanslar bərabərdir. Həm Azərbaycan, həm də İsveç yığmasının necə oynayacağını bilmirəm. Çünki hər iki komandanın baş məşqçiləri yenidir. Fernandu Santuşun milli komandanı hansı üslubda oynadacağını demək çətindir. İsveç millisinin baş məşqçisi Yon Dal Tomasson komandasına baxımlı futbol oynatmaq istəyir. Onlar tipik İsveç sxemindən çıxıb, Avropa futboluna keçid edirlər, yəni daha çox ötürmələrlə oynamağa üstünlük verirlər. Bu səbəbdən onlar haqqında nəsə demək çətindir. Həmçinin millimizin nələr edəcəyi ilə bağlı da danışmaq çətindir".

1988-ci ildə SSRİ millisinin heyətində Seul olimpiadasının qalibi olan, hazırda "Sabah" klubunun idman direktoru postunda çalışan İ.Ponomaryov azarkeşlərin oyundan məmnun ayrılacağına ümid etdiyini bildirib:

“Azərbaycan millisinin baş məşqçisi dünyada tanınmış, futbolda çox şeylər etmiş mütəxəssisdir. Xüsusən Portuqaliya yığmasını çalışdırdığı zaman. Düşünürəm ki, futbolumuzu, yığmamızı inkişaf etdirmək üçün onun yaxşı ideyaları var. Ona və millimizə qələbələr, uğurlar arzulayıram. Ümid edirəm ki, azarkeşlər oyundan məmnun ayrılacaqlar”.

Qeyd edək ki, Azərbaycan – İsveç matçı bu gün, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Oxşar xəbərlər

Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuşa xüsusi mükafat təqdim olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan millisinin voleybolçusu: Qızıl Avropa Liqasında hansısa məqsədlərdən danışmaq çətindir [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsveç millisinin baş məşqçisi: Futbolçularımız sabah qürurla çıxış edəcəklər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fernandu Santuş: Futbolçularımızda qələbə qazanmaq arzusu görürəm [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlqar Qurbanov: Fernandu Santuşla görüşdük, planları müzakirə etdik [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər