"Kəpəz"in legioneri: Klubun tarixinə düşdüyüm üçün xoşbəxtəm
"Kəpəz"in 1000-ci qolunu vuraraq tarixə düşdüyüm üçün xoşbəxtəm.
Bunu "Sizinxeber.az"a açıqlamasında "Kəpəz" klubunun yarımmüdafiəçisi Viktor Braqa deyib.
Azərbaycan Premyer Liqasının V turunda keçirilən "Sabah"la matçda Gəncə təmsilçisinin ölkə çempionatları tarixində 1000-ci qolunun müəllifi olan braziliyalı futbolçu tarixi statistika iə bağlı danışıb:
"Qarşılaşmadan əvvəl bu barədə söhbətlər olmadığı üçün heç nədən xəbərim yox idi. Oyun başa çatdıqdan sonra bildim ki, "Kəpəz"in 1000-ci qolunu vurmuşam. Mənim üçün özəl an odu. Belə bir qolun müəllifi olaraq tarixə düşdüyüm üçün xoşbəxtəm".
Qeyd edək ki, Azərbaycan Premyer Liqasının V turunda "Kəpəz" "Sabah"a 2:3 hesabı ilə məğlub olub.
Oxşar xəbərlər
"Kəpəz"in müvəqqəti baş məşqçisi açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
