Sizinxeber.az » İdman » Futbol » Xankəndi klubunun sabiq futbolçusu: “Orada yeni komandanın yaradılmasını istərdim”

Xankəndi klubunun sabiq futbolçusu: “Orada yeni komandanın yaradılmasını istərdim”

“Yaxın gələcəkdə Xankəndidə yeni komandanın yaradılmasını istərdim”.

Bunu “Report”a açıqlamasında Xankəndinin “Qarabağ” klubunun sabiq futbolçusu Munis Abdullayev deyib.

Ağdamın “Qarabağ” komandasının Azərbaycan Kubokunun oyunlarını Xankəndi şəhər stadionunda keçirmək istəməsinə münasibət bildirən keçmiş hakim orada yeni komandanın yaradılmasını arzulayır: “Bizim artıq “Qarabağ”ımız var. Bu üzdən Xankəndinin öz komandası fəaliyyət göstərsə, daha yaxşı olar. Belə bir addım atılsa, hər cür kömək etməyə hazır olaram. 58 illik ömrümün 52 ilini futbola həsr etmişəm. İstər futbolçu, istər məşqçi, istərsə də hakim kimi müəyyən təcrübə toplamışam. Məndən kömək istəsələr, Xankəndidə futbolun dirçəlməsi üçün canla-başla üzərimə düşəni edərəm”.

Azərbaycan Kubokunun 1/8 final mərhələsinin Xankəndidə baş tutan “Qarabağ” – MOİK görüşünün hakim-inspektoru olan Munis Abdullayev şəhərə ayaq basdığı zaman keçirdiyi hissləri sözlə ifadə etməkdə çətinlik çəkdiyini bildirib: “Həmin anları gərək görəsən, yaşayasan. Əvvəlcə Şuşada bir gün qaldıq. Oranı gəzdik, köhnə xatirələr canlandı. Xankəndiyə gedəndə isə stadionun ərazisini gəzdim, xatirələrimi təzələdim. Orada oynadığımız, şəhərdə gəzdiyimiz günləri yadıma saldım. Bu dəfə vaxt azlığı ilə əlaqədar şəhəri çox gəzmək imkanımız olmadı. Stadionda o qədər böyük axın var idi ki, arenanı tərk etsəydim, sonra geri qayıtmaqda çətinlik çəkəcəkdim”.

Qeyd edək ki, Xankəndidəki görüş işğaldan azad olunmuş ərazilərdə 30 ildən sonra ilk futbol matçı idi. MOİK üzərində 1:0 hesablı qələbə qazanan “Qarabağ” 1/4 finala yüksəlib.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !