Millinin baş məşqçisi: Azərbaycanı dünya çempionatında layiqincə təmsil etməyə çalışacağıq
Ölkəmizi dünya çempionatında layiqincə təmsil etməyə çalışacağıq.
Bunu "Sizinxeber.az"a açıqlamasında Azərbaycanın minifutbol üzrə U-23 millisinin baş məşqçisi Rəcəb Fərəczadə deyib.
Bu posta yeni təyinat alan mütəxəssis hər kəs üçün yığmada işləməyin önəmli olduğunu bildirib:
"Federasiyadan təklif gəldi. Böyük məmnuniyyətlə qəbul etdim. Ümid edirəm ki, etimadlarını doğruldacağam".
O, oktyabrın 7-10-u aralığında Xorvatiyada keçiriləcək dünya çempionatı barədə fikirlərini bölüşüb və komandanın formalaşdırılmasından söz açıb:
"Tanıdığım uşaqlardan iki və ya üçü minifutbol çempionatında iştirak edir. Digərləri böyük futboldandır. Təxminən 10 gün ərzində seçim etdik. Baxışa 60-70 uşaq gəlmişdi. Hələlik onlardan 15-ni seçmişik. Futzal çempionatından 1-2 nəfər gəlmişdi. U-19 yığmasından da var idi. Amma yaş fərqi öz sözünü deyir. 19 yaşlı ilə 23 yaşlı oyunçu arasında fiziki cəhətdən fərq çoxdur. Bir futzalçı bəyənmişdim, "Neftçi"də çıxış etdiyindən məşqlərə gələ bilməyəcəyini dedi. Mən də elə oyunçunu yarışa apara bilmərəm".
R.Fərəczadə dünya çempionatı barədə fikirlərini bölüşüb:
"Seçimlərdə səhvə yol verə bilərəm. 3-4 məşqdən sonra qərar verilib. Futbolçular yorğun və həyəcanlı gələ bilərlər. Vaxtımız az olduğu üçün tez qərar verməliydik. Dünya çempionatı mənim üçün maraqlı olacaq. Rəqibləri tanımıram. İnternetdə heç bir məlumat tapa bilmirəm. Bir ay vaxtımız var. Yaxşı hazırlaşmağa çalışacağıq. Ölkəmizi layiqincə təmsil etməyə çalışacağıq".
Qeyd edək ki, dünya çempionatında Azərbaycanla yanaşı, Xorvatiya, Kolumbiya, Yaponiya, İngiltərə, Çexiya, Slovakiya, Serbiya, Misir, Hindistan, İraq və Mavritaniya milliləri mübarizə aparacaq.
Oxşar xəbərlər
Azərbaycanın U-23 millisinin baş məşqçisi müəyyənləşib
Azərbaycanın U-23 millisi dünya çempionatına qatılacaq
Azərbaycan millisinin yeni baş məşqçisi: Bu komandada işləmək mənim üçün şərəfdir
Minifutbol çempionatında XI turun təqivimi açıqlanıb
Azərbaycan avarçəkənləri dünya çempionatında iştirak edəcəklər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib












