Sizinxeber.az » İdman » Futbol » "Qarabağ"ın prezidenti: "Əsgərlərin qələbə ruhunu futbolçularda gördük"

"Qarabağ"ın prezidenti: "Əsgərlərin qələbə ruhunu futbolçularda gördük"

“Qarabağ”ın prezidenti Tahir Gözəl Xankəndidə MOİK-ə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb.

"Sizinxeber.az"un şəhərə ezam olunmuş əməkdaşı xəbər verir ki, funksioner ilk olaraq qarşılaşma haqqında fikirlərini bölüşüb:

"MOİK möhtəşəm çıxış etdi. Onları alqışlamaq lazımdır. Əsgərlərin qələbə ruhunu futbolçularında gördük. Onlarla qürur duydum. “Qarabağ” prezidenti kimi deyirəm, MOİK qalib gəlsəydi, inanın, üzülməyəcəkdim. Yenə də "halal olsun" deyəcəkdim. Çünki alınlarının təri ilə böyük mübarizə apardılar. Sadəcə, qismət bizə imiş. Hər iki komanda qalib gəlmək istəyirdi".

- Bura dünəndən gəlmisiniz. Şuşa və Xankəndidə də olmusunuz. Şəhərlərimizlə bağlı təəssüratınız necədir?

- Bura ilk dəfədir gəlirəm. Daha əvvəl klubla Ağdama getmişdim. Buraları gecə piyada gəzmişəm. Çox qeyri-adi duyğudur. Allah qoysa, gələcək nəsillər bu mənəviyyatı, gözəlliyi öz ürəklərində daşısınlar. Buraları geri qaytarmaq, buralara gəlmək... Böyük fədakarlığın nəticəsində buralara gəlib çatmışıq. Ona görə böyük qürur, sevinc hissi var. Çox gözəl yerlərdir. Bütün Qarabağı tək-tək ziyarət etmək istəyirəm.

- Avropa klublarını burada qonaq etməyi düşünürsüz?

- Cənab Prezident matçdan əvvəl “İmarət”in tezliklə inşa ediləcəyi haqda xoş xəbər verdi. Allah qoysa, Avropa komandalarını orada qəbul edəcəyik. Avropa klublarına mesajım budur ki: ən böyük klublar illərdir avrokuboklarda oynayırlar, amma son illərin ən gözəl sürprizi “Qarabağ”dır. Azərbaycan futbolunda tarix yazıb. Onların heç gözləmədiyi cəsarətdə, imanda klub qarşılarına çıxır. Biz Avropada həmişə sürpriz edəcəyik.

- “Qarabağ” yenidən Xankəndinə səfər edə bilər?

- AFFA ilə bərabər bura gəlməyə həmişə hazırıq. “Qarabağ” infrastrukturu və hər şeyi ilə artıq Bakıda yerləşən klubdur. Amma “İmarət” stadionu tikiləndə, şərait normal olanda, əbləttə ki, ən gözəl oyunlarımızı, ilin ən baxımlı, maraqlı matçlarını burada keçirməkdən şərəf duyarıq.

- Avropa Liqasında “Braqa” ilə qarşılaşacaqsınız. Bu haqda fikriniz necədir?

- Potensial rəqiblər arasında Çempionlar Liqasında çempion olmağı qarşısına hədəf qoymuş “Milan” kimi klublar var idi. Hesab edirəm ki, “Braqa”ya qarşı oyunlarımız ağır olacaq. Amma bizim qarşımıza çıxmasını arzu etdiyimiz üç klubdan biri onlar idi. Portuqaliyanın möhtəşəm mədəniyyəti, tarixi var. Qarşımızda hörmətli, köklü klub dayanıb. Bir şeyi də unutmayaq ki, “Braqa”nın büdcəsi bizdən çox böyükdür. Amma “Qarabağ” “Bayer 04”ə qarşı göstərdiyi mübarizəni orada göstərsə, məncə, çox böyük şansımız var.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !