AFFA-nın bayrağı altında keçirilən liqalarda 2024/2025 mövsümünün püşkü atılıb
AFFA-nın bayrağı altında təşkil edilən U-15, U-16, U-17 və Gənclər Liqasında 2024/2025 mövsümünün püşkatma mərasimi keçirilib.
"Report" milli assosiyasiyanın rəsmi saytına istinadən xəbər verir ki, U-15 və U-16 Liqasının hər birində 15 komanda çıxış edəcək.
Komandalar A qrupu (15 komanda) və Naxçıvan Muxtar Respublikası üzrə B qrupu olmaqla iki qrupa bölünüblər. Birinci mərhələ 2 dövrədən ibarət olmaqla dairəvi sistemlə keçiriləcək. B qrupundakı komandaların bölgüsü Naxçıvan Muxtar Respublikası üzrə iştirak edən kollektivlərdən formalaşdırılır. Bu yaş qruplarının A qrupunda ilk 7 yerin, B qrupunda isə 1-ci yerin sahibi final mərhələsində ev-səfər prinsipinə əsasən pley-off sistemi ilə yenidən qarşılaşacaqlar.
AFFA U-17 və Gənclər Liqası isə 3 dövrədən ibarət olacaq. U-17 Liqasında 15 komanda, Gənclər Liqasında 13 komanda mübarizə aparacaq.
Oxşar xəbərlər
2-ci Liqada yeni mövsümün püşkü atıldı
"Qəbələ"nin I Liqanın ilk turundakı rəqibi müəyyənləşib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
