"Qarabağ" - "Dinamo" oyununun başlama saatı dəqiqləşib
"Qarabağ"ın Bakıda Xorvatiyanın "Dinamo" komandasına qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununun başlama saatı dəqiqləşib.
"Report" xəbər verir ki, bu barədə Zaqreb təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Avqustun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq qarşılaşma saat 20:45-də start götürəcək.
Xorvatiyadakı ilk görüş isə avqustun 20-də, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan çempionu III təsnifat mərhələsində Bolqarıstan təmsilçisi "Ludoqorets"i mübarizədən kənarlaşdırıb. Bakıda rəqibinə 1:2 hesabı ilə uduzan "köhlən atlar" səfərdəki matçın əsas vaxtında 3:2 hesabı ilə qalib gəlib. Əlavə vaxtda rəqibinə dörd qol vuran "Qarabağ" 7:2 hesablı qələbəyə sevinib.
Oxşar xəbərlər
Çempionlar Liqası: "Qarabağ"ın "Ludoqorets"lə oyunlarının vaxtı dəqiqləşib
Çempionlar Liqası: "Qarabağ"ın bugünkü oyununa 28 mindən çox bilet satılıb - YENİLƏNİB
Çempionlar Liqası: "Qarabağ"ın bugünkü oyununa 28 min bilet satılıb - YENİLƏNİB
ÇL: "Qarabağ"-"Ludoqorets" oyunlarının vaxtı açıqlanıb
Çempionlar Liqası: "Qarabağ"ın potensial rəqibi ilə oyunlarının vaxtı bəlli olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













