Braziliya Futbol Konfederasiyası Karlo Ançelotti ilə müqavilə imzaladıqlarını elan edib - YENİLƏNİB
Braziliya Futbol Konfederasiyası (CBF) italiyalı baş məşqçi Karlo Ançelotti ilə müqavilə imzaladıqlarını elan edib.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə CBF-nin mətbuat xidməti məlumat yayıb.
65 yaşlı mütəxəssislə 1 illik müqavilə imzalanıb və sözləşmə 2026-cı ildə keçiriləcək dünya çempionatını əhatə edəcək.
İspaniyanın "Real" klubunun baş məşqçisi Karlo Ançelottinin Braziliya millisində işə başlayacağı tarix müəyyənləşib.
"Sizinxeber.az" "The Athletic" nəşrinə istinadən xəbər verir ki, 65 yaşlı mütəxəssis mayın 26-da "sambaçılar"ın "sükanı arxasına" keçəcək.
O, mayın 25-də La Liqada qarşılaşacaqları "Real Sosyedad"la görüşdən sonra "Kral klubu"ndakı postundan ayrılacaq.
Qeyd edək ki, Ançelotti Madrid təmsilçisinin baş məşqçisi kimi İspaniya çempionluğunu, iki dəfə ölkə kubokunu və bir dəfə ölkə Superkubokunu qazanıb. Bundan başqa, o, iki dəfə UEFA Superkubokunun və Klublararası Dünya Çempionatının qalibi olub.
Oxşar xəbərlər
Karlo Ançelotti İspaniya La Liqasının tarixinə düşüb
Karlo Ancelotti "Real"dan ayrılacağı ilə bağlı xəbərlərə münasibət bildirib
Ronaldo Karlo Ançelottinin Braziliya millisinin baş məşqçisi olmasını istəyir
Karlo Ançelotti məşqçilik karyerasını sonlandıra bilər
Ançelotti karyerasını başa vuracaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













