Ançelotti 2026-cı il dünya çempionatında Neymarla bağlı planlarını bölüşüb
sizinxeber.az xəbər saytı

Ançelotti 2026-cı il dünya çempionatında Neymarla bağlı planlarını bölüşüb


Braziliyanın futbol üzrə millisinin baş məşqçisi Karlo Ançelotti bildirib ki, Neymarı 2026-cı il dünya çempionatında komandanın mərkəz oyunçusu etməyi planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə “Ge globo” nəşri məlumat yayıb

"Bəli, mən onunla danışdım. O, komandamız və dünya çempionatı üçün çox vacib oyunçudur. Hazırlaşmalıdır və bunun üçün vaxtı var. Onu Braziliya üçün necə əsas oyunçuya çevirmək barədə dəqiq təsəvvürümüz var.

Vinisiusa 10 nömrə? Bu rəqəm Braziliya üçün çox şey deməkdir. Bu nömrəli forma başqasına gedə bilər, çünki komandamızda onu geyinməyə layiq olan çoxlu oyunçu var”, - “Ge globo” Ançelottinin sözlərini sitat gətirib.

Qeyd edək ki, Neymar son vaxtlar tez-tez zədə aldığı üçün qeyri-sabit oyun nümayiş etdirir.

Oxşar xəbərlər

Braziliya Futbol Konfederasiyası Karlo Ançelotti ilə müqavilə imzaladıqlarını elan edib - YENİLƏNİB
Karlo Ançelottinin Braziliya millisindəki maaşı bəlli olub
Karlo Ançelotti üç məşhur braziliyalı futbolçunun millidəki taleyi ilə bağlı qərar verib
Ronaldo Karlo Ançelottinin Braziliya millisinin baş məşqçisi olmasını istəyir
Ronaldo Ançelottinin Braziliya yığmasına baş məşqçi təyin olunmasına münasibət bildirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər