Duşan Vlahoviç "Milan" və "Bavariya"nın maraq dairəsinə düşüb
İtaliyanın "Milan" və Almaniyanın "Bavariya" klubları A Seriyasının digər təmsilçisi "Yuventus"un hücumçusu Duşan Vlahoviçi azad agent kimi transfer etmək variantını nəzərdən keçirirlər.
"Report" "Sky Sports" nəşrinə istinadən xəbər verir ki, 26 yaşlı serbiyalı oyunçu Turin təmsilçisi ilə müqaviləsini yeniləməsə, klublar onu heyətə qatmağa cəhd edəcəklər.
Futbolçunun müqaviləsi ilə bağlı qeyri-müəyyənlik Avropa nəhəngləri arasında çoxsaylı müzakirələrə səbəb olub.
D.Vlahoviç 2022-ci ilin yanvarından "Yuventus"da çıxış edir. O, 2025/2026 mövsümündə keçirdiyi 18 matçda 6 qol vurub və iki məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, oyunçunun müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir. "Transfermarkt" portalı onun dəyərini 35 milyon avro qiymətləndirir.
Oxşar xəbərlər
"Yuventus" futbolçusunu gələn yay sata bilər
"Yuventus"un hücumçusu Premyer Liqa klubunun maraq dairəsinə düşüb
Duşan Vlahoviç İtaliya A Seriyasında ən çox qazanan futbolçu olacaq
"Bornmut" Malik Tillmanı transfer etmək istəyir
"Yuventus"un əsas hücumçusu zədəsini sağaldıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kredit götürənin sosial yardımı kəsiləcək? - VACİB AÇIQLAMA
-
İranda hərbi əməliyyatlar yenidən başlayır? - Netanyahu və Tramp nələri müzakirə etdilər?
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Rövşən Nəcəf: "Sabah" klubunu ürəkdən təbrik edirəm
-
Azərbaycanın gülçə atıcısı Avropa çempionatında bürünc medal qazanıb
-
Ronaldo gümüş almaqdan imtina etdi
