İran səfiri Müctəba Dəmirçilu: "Dünya çempionatında iştirak üçün xüsusi şərt irəli sürməmişik"
sizinxeber.az xəbər saytı

İran səfiri Müctəba Dəmirçilu: "Dünya çempionatında iştirak üçün xüsusi şərt irəli sürməmişik"


İran milli komandası futbol üzrə dünya çempionatında iştirak edəcək və bu məsələ ilə bağlı xüsusi şərt irəli sürməyib.

Bunu "Sizinxeber.az"un Şuşaya ezam olunan müxbirinə açıqlamasında İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu deyib.

Onun sözlərinə görə, hazırlıq prosesi davam edir və İran komandası artıq təlim-məşq toplanışına başlayıb:

"Ümid edirik ki, dünya çempionatında təhlükəsiz və normal şərait təmin ediləcək və komandamız digər ölkələr kimi yarışda iştirak edəcək".

O əlavə edib ki, İran yarışda beynəlxalq qaydalar çərçivəsində iştirak etməyi planlaşdırır.

Qeyd edək ki, bu il iyunun 11-dən iyulun 19-dək ABŞ, Meksika və Kanadada keçiriləcək DÇ-2026-ya ümumilikdə 48 komanda qatılacaq.

Oxşar xəbərlər

İran ABŞ-də futbol üzrə dünya çempionatında iştirak etməyə hazır olduğunu bildirib
Ronaldu klublararası dünya çempionatında iştirak etməyəcəyini açıqlayıb
Azərbaycan karateçiləri Tokioda dünya çempionatında iştirak edəcək
Stritliftinq üzrə dünya çempionatında iştirak edəcək Azərbaycan yığmasının heyəti müəyyənləşib
Azərbaycanın akrobatika gimnastikası millisinin baş məşqçisi: Dünya çempionatında tarixi nəticəyə imza atdıq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər