Ronaldu klublararası dünya çempionatında iştirak etməyəcəyini açıqlayıb
Portuqaliya millisinin ulduz futbolçusu Kriştianu Ronaldu bu il ABŞ-də keçiriləcək klublararası dünya çempionatında iştirak etməyəcək.
"Sizinxeber.az"un məlumatına görə, 40 yaşlı hücumçu bu barədə mətbuat konfransında açıqlama verib.
Təcrübəli forvard bir neçə klubdan dəvət aldığını da təsdiqləyib:
"Çoxsaylı dəvətlərə, təkliflərə baxmayaraq klublararası dünya çempionatında iştirak etməyəcəyim dəqiqləşib. Müzakirələr, təmaslar olub. Lakin biz qısa, orta və uzunmüddətli perspektivdə düşünməliyik".
Qeyd edək ki, klublararası dünya çempionatı iyunun 15-dən iyulun 13-dək keçiriləcək. Ronaldunun çıxış etdiyi Səudiyyə Ərəbistanının "Əl-Nəsr" komandası turnirə qatıla bilməyəcək. Portuqaliyalı futbolçunun klubu ilə müqaviləsi iyunun 30-da başa çatır. Lakin tərəflərin yeni sözləşmə imzalayacağı ehtimal olunur.
Oxşar xəbərlər
"Real"ın futbolçusu klublararası dünya çempionatında iştirak etməyəcək
Kriştianu Ronaldu klubu ilə danışıq aparır
Kriştianu Ronaldu özünün dünya rekordunu yeniləyib
FIFA klublararası dünya çempionatının yeni loqosunu təqdim edib
Klublararası dünya çempionatının yeni kuboku ictimaiyyətə təqdim olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













